Xatırladaq ki, Sxadadze bu vəzifəyə 2024-cü ilin fevralında gətirilmişdi. Həmin vaxt elitada çıxış edən komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmışdı. “Qırmızı-qaralar” 2023/24 mövsümünün yekununda gürcüstanlı mütəxəssislə 1-ci liqaya yuvarlandı. Sxadadze növbəti mövsüm “Qəbələ”ni yenidən elitaya qaytardı. Ötən mövsüm “Qəbələ” premyer-liqada yerini çətinliklə qorudu. “Qırmızı-qaralar” keçid oyununda 1-ci liqa klubu “Mingəçevir”ə qalib gəldi (2:0).
Sxadadzeni baş məşqçi postunda kim əvəz edəcək? İndi daha çox Elmar Baxşıyevin adı çəkilir. 46 yaşlı mütəxəssis 2019-24 aralığında “Qəbələ”nin “sükanı arxasında” olub. Bəs bölgə təmsilçisinin əsas fanklubu “Red-Black Army” bu postda kimi görmək istəyir? Bu suala cavab almaq üçün azarkeş qrupunun rəhbəri Cavid Şərifli ilə əlaqə saxladıq:
“Bu suala cavab vermək bizim işimiz deyil. Biz həmin mütəxəssisə dəstək olacağıq.
Yuri Syomin və ya Roman Qriqorçukun gəlməsini istəyərəm. Elmar Baxşıyev və Samir Abasov da yaxşı məşqçidi. Onların da kifayət qədər uğurları var. Kim gəlirsə, xeyirli olsun. Təki “Qəbələ”mizə uğur gətirsin”.

İSRAYIL XEYRULLAYEV