Bruno Fernandeş dilinin bəlasına düşə bilərdi. Lakin ona heç bir cəza kəsilməyəcək.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in kapitanı “Komo”ya 1:4 hesablı məğlubiyyətdən sonra baş məşqçi Maykl Karrikin rəhbərlik etdiyi məşqçilər korpusunu tənqid edib. Portuqaliyalı futbolçu oyuna seçilən taktikanı birmənalı qarşılamayıb.
Jurnalist Rob Dorsettin sosial şəbəkələrdə yaydığı məlumata görə, Fernandeş bu açıqlamalarına görə kapitanlıq sarğısından məhrum edilməyəcək. Həmçinin onun hər hansı digər intizam cəzası alacağı da gözlənilmir.
MY rəhbərliyi təcrübəli futbolçunun sözlərindən narazı qalsa da, matçın nəticəsini nəzərə alaraq onun mövqeyini anlayışla qarşılayıb.
Fernandeş dilinin bəlasına düşəcək?
Dünya futbolu





