"Qəbələ" Misli premyer-liqasının 4-cü turunda "İmişli"yə qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.
"Football-plus.az" xəbər verir ki, komanda qarşıdakı matça Amil Ağacanov – Miloş Yevtiç məşqçilər duetinin rəhbərliyi altında hazırlaşır.
"Qəbələ" – "İmişli" qarşılaşması sentyabrın 4-də, saat 18.00-da start götürəcək.
Xatırladaq ki, bölgə təmsilçisi ötən gün gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze ilə qarşılıqlı razılıq əsasında yolları ayırıb.
"Qəbələ"ni hazırlaşdıran mütəxəssislər açıqlandı
Ölkə futbolu






