“Formula-1” komandalarından “Maklaren” tarixi kolleksiyasından 5 bolidi satışa çıxarıb. Bununla bağlı xəbəri avtomobil satışı üzrə ixtisaslaşan “Tom Hartley Jnr” şirkəti yayıb.
Satışa çıxarılan maşınlar arasında iki MP4/6A bolidi var. Avstriyalı Herhard Berger 1991 mövsümündə məhz həmin bolidlərdə çıxış edib. Üçqat dünya çempionu Ayrton Senna da bu avtomobilləri sınaqdan keçirib.
Bundan başqa, Censon Battonun 2012 mövsümündə yarışlarda iştirak etdiyi MP4/27A bolidi də satılır. Bu bolidi isə yeddiqat dünya çempionu Lüis Hemilton test edib.
Daha iki maşın Lando Norrislə bağlıdı. O, həmin maşınları 2021 və 2023-cü illərdə işlədib. Satışa çıxarılan maşınların rəsmi qiyməti açıqlanmayıb. Ancaq nüfuzlu qaynaqlar hər bolidin qiymətinin 5-10 milyon funt sterlinq arasında dəyişdiyin bildirir.
“Maklaren” beş tarixi maşını satışa çıxardı
İdman




