"Football-plus.az" xəbər verir ki, dünyanın 6-cı qadın tennisçisi sosial şəbəkə hesabında bunları yazıb:
“Bu gün bir az daha açılmaq istəyirəm. Yuxusuz gecələrimi, şübhələrimi və yavaş-yavaş özümü itirdiyimlə bağlı təsəvvürləri görməmisiz. Qael bütün bunları gördü, əlimi bir an da buraxmadı. Uzun müddət birlikdə mübarizə apardıq, əlimizdən gələn hər şeyi etdik. Amma bəzi döyüşlər içimizdə dərin bir şəkildə baş verir, başqa bir insanın sevgisi də sənə qələbə qazandıra bilmir. Zamanla başa düşdüm ki, özümə qayıdış yolunu tapmalıyam, evli qalmaqla bunu edə bilmərəm. Bu, indiyə qədər üzləşdiyim ən çətin həqiqət və sevdiyim insana demək istədiyim ən çətin şeydi. Qael məni dinlədi. O, ehtiyaclarımı heç vaxt unutmayacağım bir güc və lütf ilə qarşılaşdı. Qael məni ən böyük sevinc anlarımda və ən qaranlıq vaxtlarımda sevirdi və mən də onu bütün qəlbimlə sevirdim. Birlikdə gözəl bir həyat qurduq və bizə ən qiymətli hədiyyə - qızımız Skay verildi. Skay həmişə birinci olacaq. Evliliyimiz bitir, amma ailəmiz yox. Biz əbədi onun valideynləri olacağıq və onun yanında olacağıq. Xahiş edirəm unutmayın ki, burda günahkar yoxdu. Yalnız bir-birini dərindən sevən iki insan və formasını dəyişən bir tarix var”.
Svitolina ilə Monfis 2021-in iyulunda ailə qurub. 2022-nin oktyabrında cütlüyün Skay adlı qızı dünyaya gəlib.
32 yaşlı Svotilina Tokio Olimpiadasının bürünc medalçısıdı, 20 WTA turnirinin qalibi olub. 40 yaşlı Monfis isə karyerası boyunca ATP səviyyəli turnirlərdə 13 titul qazanıb, “Böyük dəbilqə” turnirlərində iki dəfə yarımfinala qədər irəliləyib.





