Gözlənilən transfer rəsmən açıqlandı

4.09.2026 18:20 20
Dünya futbolu
“Bavariya”nı tərk edən Leon Qoretskanın İngiltərədə qərar tutacağı haqda xəbər doğru çıxıb.

"Football-plus.az" xəbər verir ki, almaniyalı futbolçu “Aston Villa”ya keçib. İngiltərə klubunun mətbuat xidmətinin məlumatında 31 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın detalları açıqlanmayıb. Leon Birmingem klubuna azad agent kimi qoşulub.

O, ötən mövsüm “Bavariya”da keçirdiyi 48 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə edib.