İngiltərədən İtaliyaya yollandı

22.08.2025 12:58 16
Dünya futbolu
“Roma” heyətini yeni oyunçu ilə gücləndirib.

İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, A seriyası təmsilçisi “Aston Villa”dan Leon Beylini icarəyə götürüb. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Leon Birmingem klubunda 2021-ci ildən çıxış edir. O, ötən mövsüm “Aston Villa”nın heyətində meydana çıxdığı 38 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.