Leon Qoretska özünə yeni komanda tapıb.
"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın sabiq yarımmüdafiəçisi karyerasını İngiltərədə davam etdirməyə yaxındı. 31 yaşlı futbolçu “Aston Villa” ilə şifahi razılığa gəlib. Bu barədə tanınmış insayderlər Fabritsio Romano və Matteo Moretto məlumat yayıblar.
Qoretska “Aston Villa”nın baş məşqçisi Unay Emeri ilə birbaşa danışıqdan sonra klubun layihəsinə müsbət yanaşıb. Birmingem təmsilçisi futbolçunun tibbi müayinədən keçməsini və müqavilənin imzalanmasını gələn həftə planlaşdırır.
Leon “Bavariya”dan bu yay ayrılıb. O, Münhen klubunda 2018-26-cı illər ərzində 312 oyuna çıxıb, 51 qol vurub və 53 məhsuldar ötürmə edib.
Onun yolu İngiltərəyədi
Dünya futbolu






