MS 100 milyon avronu kimə xərcləyəcək?

2.09.2026 20:48 2
Dünya futbolu
Ayyub Buaddi tezliklə Fransanı tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” “Lill”in yarımmüdafiəçisinin transferini rəsmiləşdirməyə yaxındı.

İnsayder Fabritsio Romanonun məlumatına görə, 18 yaşlı futbolçu artıq yeni klubu üçün tibbi müayinədən keçib. Tərəflər bütün zəruri sənədləri imzalayıblar.

İngiltərə klubu Buaddinin transferi üçün “Lill”ə 95 milyon avro ödəyəcək. Daha 5 milyon avro bonuslar üçün nəzərdə tutulub. Beləliklə, sövdələşmənin ümumi dəyəri 100 milyon avroya çata bilər.

“Lill”in yetirməsi olan Ayyub əsas komandada debütünü 2023/24 mövsümündə, 16 yaşında edib. Mərakeşli futbolçu ötən mövsüm “Lill”in heyətində bütün turnirlərdə 42 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.