PSJ 60 milyon avronu kimə xərcləyəcək?

29.07.2024 22:56 328
Dünya futbolu
PSJ Dezire Dueni transfer etməkyə yaxındı.

“Football-plus.az” xəbər verir ki, Fransa mənbələrinin məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi çoxdan Paris klubunun hədəfindədi. “Renn” rəhbərliyi Due üçün 60 milyon avro tələb edir. Yeniyetmə futbolçu və onun ailəsi artıq PSJ-nin prezidenti Nasser Əl-Xelayfi və klubun idman müşaviri Luis Kampuşla görüşüb.

Qeyd edək ki, Duenin “Renn” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi. O, 2023/24 mövsümündə komandada 43 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.