İspaniya çempionatının yüksək liqasının təqvimində dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, La Liqanın 23-cü turunda keçirilməli olan 2 matç irəli çəkilib: “Barselona” - “Atletiko” və “Real” - “Real Sosyedad” oyunlarının vaxtı dəyişdirilib. Gələn il fevralın 7-də keçirilməli olan oyunlar bu il dekabrın 2-4-ü aralığına irəli çəkilib.
Matçların vaxtının dəyişdirilməsinə 2027-ci ilin fevralında İstanbulda təşkil olunacaq İspaniya Superkuboku səbəb olub. Turnirdə “Barselona”, “Atletiko”, “Real” və “Real Sosyedad” iştirak edəcək. Superkubokun ilk yarımfinalında fevralın 2-də “Barselona” ilə “Atletiko” qarşılaşacaqlar. Fevralın 3-də isə “Real Sosyedad” - “Real” matçı keçiriləcək. Final oyunu fevralın 6-na təyin olunub.
La Liqada zəruri dəyişiklik
Dünya futbolu




