Yay transfer əməliyyatlarında ən fəal klublardan olan “Çelsi” heyətini yeniləməkdə davam edir.
“Football-plus.az” xəbər verir ki, London klubu artıq bir neçə keçidi reallaşdırıb. “Vulverhempton”un vingeri Pedro Neto 60+3 milyon avroya “Çelsi”yə keçəcək. Bu məlumatı məşhur jurnalist Fabritsio Romano X sosial şəbəkəsində yayıb. 60 milyon avro sabit məbləğ, daha 3 milyon avro isə əlavə ödənişlər şəklində ödəniləcək. Neto tezliklə London klubunda tibbi müayinədən keçəcək.
O, “Vulverhempton”da 2019-cu ildən çıxış edirdi. Portuqaliyalı ötən mövsüm bütün turnirlərdə 24 matçda iştirak edib, 3 qol vurub və 11 məhsuldar ötürmə verib.