''Qalatasaray'' yeni müdafiəçi transfer edib.
Legioner limitinin şərtlərinə görə yaşı 23-dən az olan bir əcnəbi futbolçu axtarışında olan İstanbul nəhəngi üstünlüyü ''Leyptsiq''li Əl-Şaday Bitşiabuya verib.
Bu gün səhər saatlarında Türkiyəyə gələn 21 yaşlı fransalı mərkəz müdafiəçisi birillik icarəyə götürülüb. PSJ-nin yetirməsi olan və 2023-dən ''Leyptsiq''ə məxsus olan Bitşiabu fiziki göstəriciləri ilə diqqət çəkir. 2005-ci il təvəllüdlü solaxay futbolçunun boyu 196 sm, çəkisi 95 kq-dı.
Keçidin maddi detallarına gəlincə, Türkiyə çempionu almanlara 2 milyon avro icarə haqqı ödəyəcək. Gələn yay ''Cim-Bom'' onu daimi əsasda transfer etmək istəsə, ən azı 25 milyon avro da ödəməli olacaq. ''Leyptsiq''də tam olaraq əsas heyət üzvü sayılmayan Bitşiabu ötən mövsüm yalnız 14 rəsmi oyunda forma geyə bildi.
''Transfermarkt''da dəyəri 18 milyon avro göstərilən futbolçunun ''öküzlər''lə 2029-a qədər müqaviləsi var.
''Qalatasaray'' müdafiəni gücləndirdi
Dünya futbolu





