Rafael Leaonun transferini tamamlayan ''Qalatasaray'' digər axsayan mövqeləri də gücləndirmək üçün çalışmalarını davam etdirir.
İstanbul nəhəngi Viktor Osimhenin ardından ikinci forvard rolunu oynamağa hazır olan futbolçu axtarışındadı. Faktiki olaraq hazırda komandada Osimhendən başqa mərkəz hücumçusu yoxdu.
Türkiyə mətbuatının yazdığına inansaq, ''Cim-Bom'' Dəniz Gül ilə danışıqlarda bir xeyli irəliləyişə nail olub. Fabritsio Romanonun iddiasına görə ''sarı-qırmızılar'' Türkiyə yığmasının üzvünə görə ''Portu''ya 12 milyon avro təklif ediblər. İstanbul nəhəngi 22 yaşlı futbolçunun keçidini tamamlamağa çalışır.
''Transfermarkt''da dəyəri 5 milyon avro göstərilən istedadlı futbolçunun ''Portu'' ilə 2029-a qədər müqaviləsi var. İsveçdə doğulan Dəniz Gül ''Portu''ya 2024-də ''Hammarbü''dən 4,5 milyon avroya transfer olunub. 192 sm boya malik olan və son mundialda Türkiyə yığmasının heyətində yer alan Gül ötən mövsüm ''Portu''da 29 çempionat oyununda aktivinə 5 qol, 1 məhsuldar ötürmə yazıb.
Bundan başqa ''Qalatasaray'' ''Milan''dan daha bir futbolçu - mərkəz yarımmüdafiəçisi Yussuf Fofananı da transfer etmək istəyir. 27 yaşlı bu futbolçu birillik icarəyə götürülsə, Mario Lemina komandanı tərk edəcək.
''Qalatasaray'' Türkiyə yığmasının hücumçunu transfer etməyə yaxındı
Dünya futbolu






