Məlum olduğu kimi, “transfer pəncərəsi”nin bağlanmasına az qalıb. Bu müddətdə premyer-liqa klubları heyətini gücləndirməyə davam edir. “Neftçi” də heyətinə yeni futbolçu cəlb edib. Belə ki, “ağ-qaralar” 27 yaşlı surinamlı futbolçu Denzel Jubitana ilə müqavilə imzalayıb.
Tərəflər arasında ikitərəfli müqavilə imzalanıb. Futbolçunun son klubu “Atromitos”la müqaviləsinin müddəti başa çatdığı üçün o “Neftçi”yə azad agent kimi keçid edib. “Transfermarkt”ın məlumatına görə, Jubitananın bazar dəyəri 600 min avrodu. O, əsasən “10 nömrə” və ya 2-ci hücumçu mövqelərində çıxış edir.
Surinamlı futbolçu ötən mövsüm “Atromitos”un heyətində 36 matçda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Bundan əvvəl isə Belçikanın “Meşelen”, “Vasland”, Niderlandın “Roda”, Yunanıstanın “İraklis” klublarında çıxış edib. 27 yaşlı futbolçu 2024-cü ildə Surinam milli komandasında debüt edib. O, milli forma ilə indiyədək 16 oyunda iştirak edib və 1 qol vurub.
İSRAYIL XEYRULLAYEV
Denzel Jubitana: kim o kim?
Aktual / Ölkə futbolu





