Yevgeni Kukseviç millidən və "Araz-Naxçıvan"dan ayrıldı

31.08.2026 14:31 25
İdman
Yevgeni Kukseviç futzal üzrə millimizin və "Araz-Naxçıvan"ın baş məşqçi vəzifəsindən ayrılıb.

"Football-plus.az" xəbər verir ki, müqaviləsi iyulun 31-də başa çatan rusiyalı mütəxəssislə yeni sözləşmə imzalanmayıb.

Xatırladaq ki, Yevgeni Kukseviç 2025-ci ilin yanvarında "Araz-Naxçıvan"ın, iyununda isə milli komandanın baş məşqçisi təyin olunmuşdu.