Gəncədə 10 ilin azarkeş rekordu

31.08.2026 11:33 2
Ölkə futbolu
Misli premyer-liqasının 3-cü turu tamaşaçı rekordu ilə əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasını (1:0) 13500 izləyici seyr edib. Bu, həm cari mövsümün rekordu, həm də son 10 turnir üçün 2-ci göstəricidi.

Son 10 ildə premyer-liqada yalnız bir oyunda daha çox tamaşaçı qeydə alınıb. Ötən mövsümün “Qarabağ” – “Sabah” matçına 17338 seyrçi tamaşa edib. Həmin oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Təxminən 3 ildən sonra premyer-liqa matçına ev sahibliyi edən Gəncə şəhər stadionu üçün turnirdə son 10 mövsümün rekordu qeydə alınıb. Bu arenada daha çox izləyici sonuncu dəfə 2016/17 mövsümündə olub. Bu, 2016-cı il sentyabrın 25-də “Qarabağ”la qarşılaşmaya təsadüf edib – 14238 tamaşaçı .

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul