Nuriyevin komandası xal itirdi

31.08.2026 10:31 13
Dünya futbolu
Macarıstan çempionatında 6-cı tur yekunlaşıb.

"Football-plus.az" xəbər verir ki, Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” öz meydanında “Dyor”u qəbul edib.

Oyun 1:1 hesabı ilə başa çatıb. Nuriyev meydana 70-ci dəqiqədə, hesab 1:1 olarkən daxil olub.

Bu nəticədən sonra “Kişvarda” 6 xalla 10-cu yerdədi.