Məlum olduğu kimi, Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan “Sabah”ın rəqibləri bəlli olub. Masazır təmsilçisi “Barselona”, “Arsenal”, “Borussiya” (Dortmund), “Mançester Yunayted”, “Vilyarreal”, “Napoli”, “Slaviya” və “Vikinq” kimi klublarla qarşılaşacaq.
“Football-plus.az” olaraq bu klubların “Transfermarkt”dakı heyət dəyərlərini təqdim edirik. Qeyd edək ki, “bayquşlar”ın “transfermarkt” dəyəri 17 milyon avrodu.
“Barselona”. “Sabah”ın rəqibləri arasında bazar dəyərinə görə ikinci ən baha komanda “Barselona”dı. Klubun ümumi heyət dəyəri 1 milyard 290 milyon avroya bərabərdi. Kataloniya klubunun heyətində Xuan Qarsiya 45 milyon, Pau Kubarsi 100 milyon, Erik Qarsiya 40 milyon, Jerar Martin 35 milyon, Alexandro Balde 50 milyon, Jül Kunde 60 milyon, Rodri 55 milyon, Mark Bernal 30 milyon, Mark Kasado 18 milyon, Pedri 150 milyon, Frenki de Yonq 35 milyon, Qavi 30 milyon, Fermin Lopes 100 milyon, Dani Olmo 60 milyon, Entoni Qordon 80 milyon, Rafinya 70 milyon, Lamin Yamal 220 milyon və Kərim Adeyemi 40 milyon avro dəyərində qiymətləndirilir və bu qiymət “Sabah”ın ümumi dəyərindən çoxdu.
“Arsenal”. “Sabah”ın rəqibləri arasında ən baha heyətə malik komanda “Arsenal”dı. London klubunun ümumi heyət dəyəri 1 milyard 440 milyon avroya bərabərdi. “Arsenal”ın heyətində bu futbolçuların dəyəri “Sabah”ın ümumi dəyərindən daha çoxdu: David Rayya 30 milyon, Uilyam Saliba 100 milyon, Qabriel 75 milyon, Pyer-Emerik Obameyanq 50 milyon, Ezri Konsa 45 milyon, Kristian Mosquera 40 milyon, Rikkardo Kalafyori 55 milyon, Maylz Lüis-Skelli 45 milyon, Jülyen Timber 70 milyon, Ben Uayt 30 milyon, Martin Zubimendi 75 milyon, Deklan Rays 120 milyon, Bruno Gimaraeş 70 milyon, Mikel Merino 25 milyon, Martin Ödeqor 70 milyon, Ebereçi Eze 60 milyon, İtan Nvaneri 35 milyon, Fabio Vieyra 18 milyon, Qabriel Martinelli 45 milyon, Kristos Solis 40 milyon, Bukayo Saka 110 milyon, Noni Madueke 50 milyon, Maks Kilman 30 milyon, Viktor Gyökeres 75 milyon, Kay Haverts 55 milyon və Qabriel Jezus 17 milyon avro dəyərindədi.
“Borussiya”. Almaniya klubunun ümumi heyət dəyəri 529 milyon 450 min avrodu. “Borussiya”nın heyətində Qreqor Kobel 40 milyon, Niko Şlotterbek 55 milyon, Yoneqo 20 milyon, Valdemar Anton 18 milyon, Daniel Svensson 22 milyon, Julian Ryerson 25 milyon, Feliks Nmeça 55 milyon, Cud Bellinqem 40 milyon, Vey Verman 25 milyon, Samuel Çukvueze 20 milyon, Konstantinos Koulierakis 35 milyon, Yannis Konstantelias 22 milyon, Maksimilian Bayer 40 milyon, Seru Girassi 32 milyon və Fabio Silva 22 milyon avro dəyərində qiymətləndirilir.
“Mançester Yunayted”. İngiltərə klubunun ümumi heyət dəyəri 929 milyon 300 min avroya bərabərdi. “Mançester Yunayted”in heyətində Serj Lammers 35 milyon, Lenni Yoro 50 milyon, Lisandro Martines 45 milyon, Matays de Liqt 30 milyon, Ayden Heven 30 milyon, Dioqo Dalot 30 milyon, Nusair Mazravi 18 milyon, Karlos Baleba 55 milyon, Andre Santos 40 milyon, Manuel Uqarte 25 milyon, Kobbi Maynu 70 milyon, Yuri Tilemans 40 milyon, Bruno Fernandes 35 milyon, Meyson Maunt 25 milyon, Markus Reşford 40 milyon, Patrik Dorgu 35 milyon, Brayan Mbuemo 75 milyon, Amad Diallo 45 milyon, Mateus Kunya 75 milyon, Benjamin Şeşko 75 milyon və Coşua Zirkzee 20 milyon avro dəyərindədi.
“Vilyarreal”. İspaniya klubunun ümumi heyət dəyəri 331 milyon 600 min avroya bərabərdi.“Vilyarreal”ın heyətində Luis Junior 12 milyon, Renato Veqa 30 milyon, Loqan Kosta 15 milyon, Pau Navarro 15 milyon, Karlos Romero 25 milyon, Santyaqo Mourinyo 20 milyon, Pape Gueye 40 milyon, Neytan Saliba 10 milyon, Alberto Moleyro 50 milyon, İlyas Akomak 12 milyon, Doyan Buxanan 12 milyon və Jorj Mikautadze 30 milyon avro dəyəri ilə seçilir.
“Napoli”. İtaliya klubunun “Transfermarkt” üzrə ümumi heyət dəyəri 445 milyon 150 min avrodu. “Napoli”nin heyətində Serj Milinkoviç-Saviç 20 milyon, Alessandro Buoncorno 30 milyon, Sam Beukema 22 milyon, Benua Badiaşil 15 milyon, Matias Oliveyra 15 milyon, Billi Gilmor 20 milyon, Skott Maktomini 40 milyon, Frenk Anqissa 15 milyon, Antonio Veqara 15 milyon, Alisson Santos 28 milyon, Noa Lanq 22 milyon, David Neres 23 milyon, Rasmus Höylund 60 milyon və Lorenzo Lukka 20 milyon avro dəyərindədi.
“Slaviyaa”. Çexiya klubunun ümumi heyət dəyəri 113 milyon 350 min avroya bərabərdi. “Slaviya Praqa”nın dəyərli futbolçuları arasında Stefan Kalopek 10 milyon, Devid Mozes 10 milyon və Lukas Provod 8 milyon avro dəyəri ilə fərqlənən oyunçulardı.
“Vikinq”. Ötən mövsüm Norveç çempionu olan “Vikinq”in “Transfermarkt” üzrə ümumi heyət dəyəri 48 milyon 880 min avrodu. Klubun heyətində Henrik Falkener 6 milyon, Edvin Austbo 9 milyon və Piter Kristiansen 5 milyon avro dəyərində qiymətləndirilir.
“Sabah”ın Çempionlar Liqasındakı 8 rəqibinin ümumi heyət dəyəri 5 milyard 127 milyon 730 min avroya çatır. “Bayquşlar”la qarşılaşacaq komandaların ümumi bazar dəyəri Azərbaycan klubunun heyətindən təxminən 302 dəfə çoxdu.
İSRAYIL XEYRULLAYEV
“Sabah”ın Çempionlar Liqasındakı rəqibləri - 302 qat çox dəyər
Avrokuboklar / Manşet






