PSJ heyətinə daha iki futbolçu cəlb edib. Onlardan biri komandanın tarixinə düşüb.
“Football-plus.az” xəbər verir ki, Fransa klubu “Malyorka”nın və Koreya millisinin yarımmüdafiəçisi Li Kan İni transfer edib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Li Kan PSJ-nin tarixinə ilk cənubi koreyalı oyunçu kimi düşüb. Qeyd edək ki, o, 2022/23 mövsümündə “Malyorka”nın heyətində 39 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə verib.
PSJ yarımmüdafiəçi Şer Nduru da transfer edib. İtaliyalı oyunçu ilə imzalanan müqavilənin müddəti 2028-ci ilin yayına qədərdi. 18 yaşlı Ndur yeni komandasında “27” nömrəli formanı geyəcək. O, PSJ-yə azad agent kimi keçib. Şer ötən mövsüm “Benfika”nın “B” komandasında 57 matçda iştirak edib, 5 qol vurub və 1 qolun ötürməsini verib. O, İtaliyanın gənclərdən ibarət yığmasında oynayır.