Oyunu tribunadan izləyən portuqaliyalı ulduzunu final fitinin ardından meydana çıxaraq qələbəni yeni komanda yoldaşları ilə birlikdə qeyd etməsi, fanatlara ''üçlü'' çəkdirməsi diqqət çəkdi. Özü də Leao ''27'' nömrəli formada idi.
Bu arada ''Qalatasaray''ın son illərdə bir çox önəmli transferlərində olduğu kimi bu keçiddə də vacib rol oynayan menecer Corc Qardi Türkiyə mətbuatına diqqətçəkən acıqlamalar verərək bunları deyib:
''Leao üçün son 3 həftədən artıq dönəmdə gecəmizi gündüzümüzə qatdıq. O özü premyer-liqaya yollanmağa can atırdı. Amma ''Qalatasaray''dakı coşqunu və sevgini gördü. Burda Osimhen və Sane kimi futbolçularla birlikdə Çempionlar Liqasında oynaya biləcəyini gördü. Son günə qədər bu transfer üçün ciddi əmək sərf edildi. ''Aston Villa''nın da sona qədər ona iddiası davam edirdi. Elə İtaliyadan və Türkiyədən də başqa təkliflər var idi. Cümə günü ''Qalatasaray''ın prezidenti və köməkçisini onunla görüşdürdük. Klubun göstərdiyi sevgini, fanatların coşqusunu görərək üstünlüyü ''Qalatasaray''a verdi''.






