''Qalatasaray'' yayın əvvəllərindən gündəmdə saxladığı Rafael Leaonun transferi mövzusunda yenidən fəallaşıb. Həm Türkiyə, həm də Avropa mənbələrinin yazdığına inansaq, İstanbul nəhəngi ''Milan'' və Portuqaliya yığmasının ulduz vingeri ilə bütün prinsipial məsələlərdə anlaşma əldə edib.
Leaoya maraq göstərən digər klub ''Aston Villa''dı. Türkiyəli insayder Yağız Sabuncuoğlunun xəbərinə görə ''Qalatasaray'' Leaoya ''Aston Villa''dan iki dəfə artıq maaş təklif edib. Bu üzdən tanınmış futbolçu daha çox Türkiyəyə yollanmağa can atır. Amma digər tərəfdən ''sarı-qırmızılar'' ''Milan''la anlaşa bilmir. ''Rossonyerlər'' konkret 40 milyon avro tələb edirlər. Türkiyə çempionu isə ilk mövsüm üçün Leaonu icarəyə götürmək istəyir. ''Aston Villa'' 40 milyon avronu ödəməyə razı olduğundan ''Milan'' futbolçusunun məhz birmingemlilərə satılmasının tərəfdarıdı. Ona görə də hələ ki, ortada qarışıq vəziyyət yaranıb.
Belçikalı jurnalist Saşa Tavolyerinin məlumatına görə Leao ''Milan'' rəhbərliyinə yalnız ''Qalatasaray''a keçmək istədiyini deyib və hazırda klubların anlaşmasını gözləyir. 27 yaşlı futbolçu Türkiyədə bonuslardan əlavə illik 12 milyon avro qazana bilər. ''Qazetto dello Sport''un son xəbərində qeyd olunur ki, Leao İngiltərəyə yollanmaq istəmədiyi üçün ''Aston Villa''nın ona marağı azalıb. Yəni hazırda bu futbolçu üçün ən ciddi və real variant ''Qalatasaray''dı. ''Əl-Hilal'' da ona maraq göstərir. Amma portuqaliyalı Səudiyyə Ərəbistanında oynamaq istəmir.
Leao üçün ən ciddi və real variant ''Qalatasaray''dı!
Dünya futbolu






