Neçə müddətdi, limitə uyğun, yəni yaşı 23-dən az olan əcnəbi bir müdafiəçi axtarışında olan ''Fənərbaxça'' sürpriz bir transfer reallaşdırıb.
İstanbul nəhəngi ''Nitsa''nın 22 yaşlı mərkəz müdafiəçisi Koco Pepra Opponqu İstanbula gətirib. Gənc oyunçu tibbi müayinədən uğurla keçdikdən sonra onunla dördillik müqavilə imzalanacaq. Bu transfer İstanbul nəhənginə 12 milyon avroya başa gələcək. Opponqun sonrakı satışından ''Nitsa''ya 10 faiz pay veriləcək.
Qanalı futbolçu karyerasının əvvəllərini İsveç klublarında keçirib. ''Nitsa'' onu ötən yay ''Norçöppinq''dən 2,7 milyon avroya transfer etmişdi. Opponq Fransada keçirdiyi 1 mövsüm ərzində öz oyunu ilə diqqət çəkməyi bacardı. O, Fransa təmsilçisində 42 rəsmi oyunda meydana çıxaraq aktivinə 1 qol yazdı.
''Ekip'' nəşrinin yazdığına görə ''Trabzonspor'' da Opponqa ciddi maraq göstərirdi. Amma bu futbolçu sonda ''sarı-lacivərdlilər''ə qismət oldu.
''Fənərbaxça'' qanalı müdafiəçi transfer etdi
Dünya futbolu






