''Fənərbaxça''dan 6 milyonluq transfer

16.07.2024 14:02 286
Dünya futbolu
''Fənərbaxça'' yeni transferini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi ''Alanyaspor''lu Oğuz Aydın ilə anlaşma əldə edib.

Bu futbolçu tibbi müayinədən keçmək və son detalları müzakirə etmək üçün dünən axşam saatlarında İstanbula gəlib. Bu transfer ''Fənər''ə 6 milyon avroya başa gələcək. Ödəniş bir neçə hissəyə bölünərək həyata keçiriləcək. Oğuz ilə dördillik müqavilə imzalanacağı gözlənilir. Maraqlıdı ki, ''Alanyaspor'' bu futbolçunu 3 il öncə ''Bucaspor''dan cəmi 218 min avroya transfer etmişdi. 23 yaşlı vinger ötən mövsümün sonlarına yaxın sərgilədiyi performansla diqqətləri üzərinə çəkməyi bacarmışdı. Oğuz 2023/24-də 38 oyunda 13 qol, 8 məhsuldar ötürmə ilə ''Alanyaspor''un ən məhsuldar futbolçusu olmuşdu.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul