Avqustun 23-də isə Gəncə derbisi keçirildi. “Gəncəbasar” “Kəpəz”ə 2:4 hesabıyla uduzdu. Elhad Nəziri bu oyundan sonra komandanı 1-ci liqada çıxış etməyə hazır görürmü? “Canavarlar” hansı hədəf uğrunda mübarizə aparacaq?
Bu suallara cavab tapmaq üçün baş məşqçi ilə əlaqə saxladıq:
“Kəpəz”lə keçirdiyimiz yoldaşlıq oyunu bizim üçün müsbət cəhətlərlə yadda qaldı. Bilirsiz ki, yoldaşlıq görüşlərinin əsas məqsədi futbolçuların fiziki və taktiki durumunu yaxşı səviyyəyə çatdırmaq, hücumda və müdafiədə yol verdiyimiz səhvlər üzərində daha detallı işləməkdi. Premyer-liqa komandasına qarşı oynamağımıza baxmayaraq, futbolçularımız bunun öhdəsindən yaxşı gəldilər. İlk hissədə hava şəraiti də müəyyən qədər təsir göstərdi. Artıq bir aya yaxındı Göygöldəki kompleksdə məskunlaşmışıq. Gəncədə havanın isti olması və təbii ot örtüklü meydança futbolçularımızda müəyyən narahatlıq yaratdı. Buraxdığımız qollar fərdi səhvlərdən və standart vəziyyətlərdən sonra oldu. Belə olması müəyyən mənada bizim üçün yaxşı oldu. Çünki futbolçularımızın hansı detallarda səhv etdiyini daha yaxşı təhlil edə biləcəyik. Ümumilikdə futbolçularım haqda müsbət fikirdəyəm. Premyer-liqa komandasına iki qol vurduq. Hətta bir qolumuz sayılmadı, bir penaltimiz verilmədi. Təbii ki, hesabın bizim üçün elə də önəmi yoxdu. Əsas məqsəd fiziki və taktiki hazırlığımızı yaxşı səviyyəyə çatdırmaqdı. Futbolçuların bunu bacarması komanda üçün yaxşı siqnaldı.
Hələlik heyəti tam formalaşdırmamışıq. Dörd-beş futbolçuya ehtiyacımız var. Komanda həmin 4-5 futbolçunun transferindən sonra tam hazır vəziyyətə gələcək. Məqsədimiz və planımız yaxşı, əsasən gənclərdən ibarət “Gəncəbasar” formalaşdırmaqdı. Komanda gec yığıldı və futbolçu çatışmazlığı baxımından müəyyən problemlərimiz var. Ona görə də, inşallah, həmin 4-5 transferi həyata keçirə bilsək, yaxşı bir komanda görəcəyinizə inanıram. İlk hədəfimiz ilk “3-lük”də yer almaq idi. Təəssüf ki, vaxt məsələsinə görə və komandaların artıq heyətlərini formalaşdırması səbəbindən futbolçu seçimi baxımından çətinliklərlə üzləşdik. Demək olar ki, bütün futbolçular artıq komandalar tərəfindən götürülmüşdü.
Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bacardığımız qədər üst pillələr uğrunda mübarizə aparaq. Bu o demək deyil ki, gənclərlə oynadığımız üçün əlimizi-qolumuzu aşağı salacağıq”.

İSRAYIL XEYRULLAYEV