Gəncə derbisi: "Kəpəz" "Gəncəbasar"ı məğlub etdi

23.08.2026 23:19 140
Ölkə futbolu
Misli premyer-liqasının 2-ci turunda "Qarabağ"la oyunu təxirə salınan "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.

"Football-plus.az" xəbər verir ki, Azər Məmmədovun kollektivi "Gəncəbasar"la üz-üzə gəlib. Qarşılaşma "sarı-göylər"in qələbəsi ilə başa çatıb - 4:2.

"Kəpəz"in heyətində Asumah Abubakar dubl edib. Digər qolları isə Kennet Kalunqa ilə Viktor Stina vurub.