“Mən “Kəpəz”ə rəhbərlik etdiyim dövrdə də...” – “Gəncəbasar”ın icraçı direktoru

21.08.2026 19:10 18
Aktual / Müsahibə
Bu gün “Hyatt Regency” otelinin “Nizami” zalında 1-ci liqada çıxış edəcək “Gəncəbasar”ın təqdimat mərasimi keçirildi.

Rəsmi hissənin ardından klubun icraçı direktoru İlqar Nadiri jurnalistlərin suallarını cavabladı.

- Klub necə yarandı? Bu ideya kimdən gəldi?
- Əslində son bir ildə bu məsələ ilə bağlı müzakirələr gedirdi. Sadəcə, müzakirələrin yekunlaşmasını gözləyirdik. Qismət oldu ki, bu gün həmin proses baş tutdu. Biz “Cəbrayıl”ın varisi kimi onun adını aldıq və adını dəyişdik. Beləliklə, Gəncədə ikinci klubun yaranmasının təməli də bu gün qoyuldu.

- Klubun hansı iddiaları olacaq? Qarşıya hansı hədəflər qoyulub?
- Klub yeni yaranıb. İlk növbədə struktur formalaşdırmaq istəyirik. Gəncə böyük şəhərdi və istəyirik ki, burda ikinci klub olsun. Eyni zamanda, klub çempionatda özünəməxsus iz qoysun və müəyyən bir irs yaratsın. Planlarımız gələcəyə doğru addımlar atmaqdı. Yeni yaranmış klub haqda indidən böyük iddialar səsləndirmək düzgün olmaz. Çalışacağıq ki, bunu işimiz, komandanın nəticələri və strategiyamızla göstərək.

- Ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcəksiz?
- Bəli. Uzun müddətdi bu məsələ ilə bağlı müzakirələr gedirdi və oyunlarımızı Gəncə şəhər stadionunda keçirməyi planlaşdırırıq. Ehtiyat meydança kimi isə Yevlax stadionu fikrimizdədi.

- Stadionun vəziyyəti ilə bağlı narahatlıq varmı? Çünki bir stadionda bir neçə komanda oynayanda ot örtüyünün vəziyyətində problem yarana bilər. Bunu necə yoluna qoyacaqsız?
- Bununla bağlı da danışıq aparmışıq. Təbii ki, hər hansı risk yaranacağı təqdirdə Yevlax stadionundan istifadə edəcəyik. Amma bu, uzun illərdi praktikada istifadə olunan bir modeldi. Məsələn, Qəbələdə oynamışıq. Mən “Kəpəz”ə rəhbərlik etdiyim dövrdə də böyük şəhərlərdə bir stadiondan bir neçə komandanın istifadə etməsi normal praktika idi. Gəncədə gözəl stadion və yaxşı şərait var. Biz də çalışacağıq ki, həm “Kəpəz”, həm də “Gəncəbasar” həmin stadiondan normal şəkildə istifadə etsin.

- Göygöl və Mingəçevir variantları da məşq və oyunlar üçün nəzərdən keçirilir?
- Göygöldə şərait birinci liqa oyunlarının keçirilməsi üçün tələb olunan səviyyədə deyil. Amma məşqlərimizi orda keçiririk. Oyunların Göygöldə keçirilməsi isə hazırda müzakirə mövzusu deyil.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul