Nurlan Valehoğlu tədbiri açıq elan edəndən sonra sözü klubun prezidenti Həşim Mövsümzadəyə verdi:
“Gəncəbasar” layihəsinin başında Namiq Qədiyev durur. Təəssüf ki, o bura gələ bilmədi. Bu vəzifəni mənə təklif etdi. “Birgroup”un sponsorluğu ilə Gəncə bölgəsini təmsil edən klub yaratmaq əsas məqsədimizdi. Gəncə uşağ futbolunda böyük uğurlar qazanıb. Biz bu irsi yaşatmaq istəyirik. “Gəncəbasar” uşaq futbol akademiyası Samux, Gəncə, Göygöl bölgələrindən uşaqlar cəlb edib, onların uğur qazanmasını istəyir. İnanıram ki bu məqsədə birlikdə çata bilərik”.
Komandanın baş məşqçisi Elhad Nəzirli də danışdı:
“Mənim üçün qürurverici hissdi. Klub yeni qurulub. Hədəfimiz daha yüksək pillələrə addımlamaqdı. Yaxşı komanda quracağıq. Gəncləri Azərbaycan futboluna qazandırmaq istəyirik”.
Futbol veteranı İsgəndər Cavadovun fikirləri:
“Ölkəmizdə uşaq futbolu inkişaf edir. “Gəncəbasar” adı altında da azyaşlılar inkişaf edəcək. Gələcəkdə komandanın premyer-liqada iştirak etməsini istəyirəm. Milli komandaya yeni gənc futbolçular lazımdı. Rəhbərliyə uğurlar arzulayıram”.
Tədbirə qatılanlar arasında PFL-in texniki-idman direktoru Elgiz Abbasov da var idi:
“Bu tədbiri silsilə tədbirlərin davamı kimi qəbul edirəm. Bir neçə gün əvvəl “Səbail” təqdimat tədbiri keçirdi. Son 2-3 mövsümdə liqalar arasına idman prinsiplərinin, bağların yaranması futbolun inkişafına yardım edir. Bir neçə il öncə 2-ci liqada çıxış edən “Şəfa” ötən gün premyer-liqada debüt etdi. Bu klubun rəhbərliyinin dəyişməsi əlavə təcrübə qatacaq. “Gəncəbasar” klubu şəhərinin adından istifadə edərək nəinki 1-ci liqaya, Azərbaycan futboluna dəstək olacaq”.
Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev də yeni kluba xeyir-dua verdi:
“Yeni investorların gəlişi futbolumuzun inkişafına dəstəkdi. İlqar Nadiri kimi təcrübəli şəxsin gəlişində, futbola dönüşündə komanda uğur qazanacaq. Son illərdə region klublarının sayı artıb. Artıq Gəncənin 2-ci klubu var. “Kəpəz” kimi “Gəncəbasar” da futbolun inkişafına kömək edəcək”.
Daha sonra klubun maskotu “Canavar” təqdim olundu.
İSRAYIL XEYRULLAYEV










