"Sabah" Çempionlar Liqasının pley-off matçında "Hapoel"i (Beer-Şeva) ümumi hesabda məğlub edərək (6:4) liqa mərhələsinə vəsiqə qazanıb.
"Football-plus.az" xəbər verir ki, oyunsonrası mətbuat konfransında İsrail klubunun baş məşqçisi Ran Kojuk jurnalistlərin suallarını cavablandırıb.
- Matç haqda düşüncələriniz necədi?
- Çətinliklər var idi. Bu, nəticədə özünü göstərdi. Kifayət qədər hazırlaşmışdıq. Bilirik ki, meydanda bəzən şans da özünü göstərir. Oyuna ciddi hazırlaşmışdıq. İrəli baxmalı, qarşıdakı matçlara hazır olmalıyıq.
- Sizcə, Migel Vitorun zədələnməsi matça təsir etdi?
- Futbolda belə hallar olur. Bəzən istəmədiyin ssenarilərlə qarşılaşırsan.
- Bundan sonrakı mərhələlər üçün düşüncələriniz nədi?
- Qarşıdakı matçlara daha güclü hazırlaşacağıq. Nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Düzdü, bugünkü məğlubiyyət ürəkaçan olmadı. Ancaq dayanmaq lazım deyil, irəli baxmalıyıq. Bugünkü matçda neqativlərlə yanaşı, pozitivləri də qeyd etməliyik. Bu mərhələyə qədər gəlməyimiz də uğurdu. Bunlar da futbolun bir hissəsidi.
- Bura qədər irəliləmənizi uğur saymaq olar?
- Mən düşünürəm ki, oyunda diqtə edən tərəf olmağı həmişə yüksək səviyyədə qoruyub-saxlamaq lazımdı. Futbolçularımızın zəhmətinə və gücünə güvənirik. Çempionlar Liqasının pley-off mərhələsinə qədər gəlib-çıxan komandamız var. O qədər də sadə məsələlər deyil. Çətin və məsuliyyətli oyundu. Əla oyunçularım var. Həm də, təcrübəlidilər. Biz bilirik ki, birlikdə cəhdlərimizi birləşdirsək, böyük nəticələr qazanacağıq.
"Bu mərhələyə qədər gəlməyimiz də uğurdu" - "Hapoel"in baş məşqçisi
Avrokuboklar / Manşet






