"Sabah"ın ÇL-dəki rəqibləri nə vaxt bilinəcək?

25.08.2026 23:48 25
Avrokuboklar
“Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində rəqiblərinin bilinəcəyi vaxt bəllidi.

"Football-plus.az" xəbər verir ki, yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Püşkatma zamanı liqa mərhələsində iştirak edəcək 36 komandanın rəqibləri müəyyənləşəcək.

“Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu həm evdə, həm də səfərdə 4 oyun keçirəcək. İlk turun oyunları sentyabrın 8-10-da keçiriləcək.