Bolonyadan Turinə gəldi

25.08.2026 21:17 7
Dünya futbolu
Con Lukumi İtaliyada klubunu dəyişib. O, yeni mövsümdən ölkənin ən titullu komandasında çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, “Yuventus” “Bolonya”dan Con Lukumini heyətinə cəlb edib.

Müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. “Yuventus” kolumbiyalı futbolçu üçün 20 milyon avro ödəyəcək.

Con “Bolonya”da 2022-ci ildən çıxış edirdi. 28 yaşlı müdafiəçi bu komandada keçirdiyi 123 oyuna 1 qol vurub.