Cari mövsümdəki ilk oyunu səfərdə keçirən, ikinci oyunu təxirə salınan “Kəpəz”, nəhayət, evə qayıdır. “Sarı-göylər” avqustun 30-u, saat 18.00-da yenilənmiş Gəncə stadionunda “Turan Tovuz”u qəbul edəcək.
Bəli-bəli, azarkeşlər rahat stadionda oyun izləyə biləcək. Bəli-bəli, bu, intriqanın, gərginliyin həmişə ən yüksək həddə çatdığı Qərb derbisidi. Bəli-bəli, klub pul qazanmaq istəyir. Amma...
Biletlərin qiymətinə nəzər saldım: ən ucuzu 3 manatadı. Sonra 5, 10, 20 manatlıq biletlər gəlir. Belə qiymətlər fonunda Gəncə stadionu dolarsa, şəxsən mən də bir quzu kəsərəm. Nədənsə inanmağım gəlmir. Hətta bir qədər irəli gedib, “Kəpəz” rəhərliyinin risk etdiyini də deyə bilərəm.
ORXAN
“Kəpəz” ən ucuz biletə 3 manat qiymət qoydu! – risklidi...
Ölkə futbolu / Aktual






