"Qarabağ" - "Tvente" matçına bilet satışı erkən dayandırılacaq

25.08.2026 20:46 34
Avrokuboklar
Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və “Tvente” (Niderland) arasında keçiriləcək cavab oyununun başlamasına bir saat qalmış stadionun kassalarında bilet satışı dayandırılacaq.

"Football-plus.az" xəbər verir ki, qərar oyunöncəsi hazırlıq və təşkilati işlərin tam şəkildə həyata keçirilməsi, eləcə də azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması məqsədilə qəbul edilib.

"Qarabağ" - "Tvente" qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20.00-da start götürəcək. Komandalar arasında Niderlandda baş tutan ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.