''Beşiktaş'' bu müdafiəçi ilə vidalaşdı

22.08.2026 09:26 2
Dünya futbolu
''Beşiktaş'' müdafiəçilərindən biri ilə vidalaşmaq üzrədi. Söhbət Feliks Uduoxaydan gedir.

"Football-plus.az" xəbər verir ki, almaniyalı mərkəz müdafiəçisi A seriyasının debütantı ''Montsa'' ilə anlaşıb.

Türkiyə mətbuatının yazdığına inansaq, italyanlar İstanbul nəhənginə 1,5 milyon avro ödəyəcək. Uduoxayın artıq komanda yoldaşları ilə vidalaşdığı bildirilir.

28 yaşlı futbolçu Türkiyəyə 2024-ün yayında gəlmişdi. Həmin vaxt ''Beşiktaş'' onu ''Aqusburq''dan icarəyə götürmüşdü. Sonra məcburi transfer maddəsi qüvvəyə minincə ''ağ-qaralar'' 5 milyon avro ödəyərək bu oyunçu ilə daimi əsasda müqavilə imzaladılar. Ancaq yeni baş məşqçi Vinçentso İtalyano Uduoxaya əsas heyətdə yer verməyi planlaşdırmırdı. Bu üzdən təcrübəli futbolçu Türkiyədən ayrılmaq qərarına gəldi.

O, Türkiyədə keçirdiyi 2 mövsüm ərzində 58 rəsmi oyuna çıxdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul