“Yuventus”u birdəfəlik tərk etdi

28.08.2026 14:46 11
Dünya futbolu
Artur Melo “Yuventus”a yeni mövsümdə də gərək olmayıb.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu onun komandadan ayrıldığını açıqlayıb. Turin klubunun mətbuat xidmətinin məlumatına görə, tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında ləğv ediblər.

Brziliyalı yarımmüdafiəçi 2020-ci ildən “Yuventus”un üzvü idi. O, icarə əsasında “Barselona”, “Liverpul” və “Fiorentina”da da çıxış edib.