“Yuventus”a yenə gərək olmadı

3.02.2025 10:27 228
Dünya futbolu
Artur Melo klubuna yenə gərək olmayıb.

“Yuventus”un yarımmüdafiəçisi “Jirona”ya keçib. Braziliyalı futbolçu yeni klubunda icarə əsasında çıxış edəcək. Onun müqaviləsinin müddəti iyunun 30-na qədər nəzərdə tutulub.

28 yaşlı futbolçu “Yuventus”a 2020-ci ildən məxsusdu. O, ötən mövsüm icarə əsasında “Fiorentina”da çıxış edib. Arturun bu status ilə 2022/23 mövsümündə “Liverpul”in sıralarında olduğunu da xatırladaq.