Voytsex Şçensnı “Yuventus”dakı karyerasını başa vurub.
İtaliya klubu təcrübəli futbolçu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, 34 yaşlı polşalı qapıçı İtaliya klubundan təzminat alacaq. O, azad agent statusu qazanacaq.
Voytsex “Yuventus”a 2017-ci ildə “Arsenal”dan 18 milyon avroya transfer olunmuşdu. O, Turin klubunun heyətində 252 matça çıxıb, 233 qol buraxıb, 103 matçda isə qapısını toxunulmaz saxlayıb.