''Trabzonspor'' gözünü braziliyalı ulduza dikib

23.08.2026 16:27 2
Dünya futbolu
Məhəmməd Salahın ardından Darvin Nunyesi Trabzona gətirmək planı baş tutmayan ''Trabzonspor'' gözünü başqa bir tanınmış futbolçuya dikib.

"Football-plus.az" xəbər verir ki, söhbət Fabinyodan gedir. ''Liverpul''dakı çıxışı ilə tanınan və son illərdə Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-İttihad''da forma geyən təcrübəli dayaq yarımmüdafiəçisi artıq bu klubdan ayrılıb və hazırda sərbəst oyunçu statusundadı.

Türkiyə mətbuatının iddiasına görə ''Trabzonspor'' artıq 32 yaşlı braziliyalı futbolçu ilə ilkin anlaşma əldə edib. Fabinyo hazırda Portuqaliyadadı və rəhbərlik onu tezliklə xüsusi təyyarə ilə Türkiyəyə gətirməyin planlarını cızır. Baş məşqçi Fatih Təkkə də rəhbərlikdən müdafiə yönü güclü olan bir yarımmüdafiəçi tələb edib. Fabinyo 2023-dən bu yana şərəfini qoruduğu ''Əl-İttihad''da 111 rəsmi oyunda iştirak edərək aktivinə 7 qol, 8 məhsuldar ötürmə yazıb.

Komandası ilə ölkə çempionluğunu qazanmağa da müvəffəq olub. 5 il çıxış etdiyi ''Liverpul''da isə ÇL və premyer-liqa çempionluğu da daxil olmaqla 8 titul qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul