''Trabzonspor''da Nunyesin formasının nömrəsi də artıq bəllidi

17.08.2026 14:37 2
Dünya futbolu
''Trabzonspor'' Məhəmməd Salahın ardından Darvin Nunyesin də transferini bitirmək üzrədi.

Uruqvaylı forvardla bütün prinsipial məsələlərdə anlaşma əldə olunub. Hətta ona istədiyi forma nömrəsi də verilib. Bu yay hazırlıq oyunlarında ''9'' nömrəli forma ilə çıxış edən Metehan Mimaroğlunun ''77'' nömrəli formaya keçməsi diqqətdən qaçmayıb.

''Kasımpaşa'' ilə oyunda gənc futbolçu məhz bu nömrə ilə oynadı. Bu da onu göstərir ki, Nunyesin sevimli ''9'' nömrəli forması onun üçün saxlanılıb. Tanınmış forvard həm Uruqvay yığmasında, həm ''Liverpul''da, həm də son olaraq ''Əl-Hilal''da məhz bu nömrə ilə çıxış edib. Nunyesin keçidi rəsmiləşən kimi onun yeni formaları satışa buraxılacaq.

Son illərdə ''Trabzonspor''da bu nömrə ilə Entoni Nvakaeme çıxış edirdi. Maraqlıdı ki, Salahın transferi zamanı da klubda nömrə dəyişikliyi baş vermişdi. Rəhbərlik misirli ulduz üçün boşda olan ''11'' nömrəni ayırmışdı. Hətta bu nömrə ilə formalar satışa da çıxarılmışdı. Amma Salah ''10'' nömrəli formanı istəyincə planlar dəyişdi.

''10'' nömrənin əvvəlki sahibi Ernest Muçi problem yaratmadan bu nömrəni Salaha verməyə razı oldu.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul