Fabinyo da Səudiyyə Ərəbistanında oynayacaq

2.08.2023 14:12 247
Dünya futbolu
Gözlənildiyi kimi, Fabinyo karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. “Əl-İttihad” artıq “Liverpul”un sabiq oyunçusunun transferini həll edib.

"Football-plus.az" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi artıq yeni klubu üçün tibbi müayinədən keçib. 29 yaşlı futbolçunun Ciddəyə yollanaraq 3 illik müqavilə imzalayacağı bildirilib. Braziliya millisinin də şərəfini qoruyan Fabinyo “Liverpul”da 2018-ci ildən çıxış edirdi.

Yeri gəlmişkən, “Əl-İttihad” bu yay Avropadan Nqolo Kante və Kərim Benzema kimi tanınmış futbolçuları da sıralarına qatıb.