''Fənər''in ulduzu gecəni xəstəxanada keçirməli oldu

23.08.2026 15:25 1
Dünya futbolu
''Fənərbaxça''nın ''Konyaspor''u 4:2 məğlub edərək superliqada mövsümün ilk qələbəsini qazandığı qarşılaşmaya Kərəm Aktürkoğlunun üzücü zədəsi damğa vurdu.

Türkiyə yığmasının üzvü 51-ci dəqiqədə hava topu mübarizəsində başından zədə alaraq yerə yıxıldı. Kərəm yerdə bir müddət hərəkətsiz qaldığından həm komanda yoldaşları, həm də rəqib oyunçular ciddi təşviş yaşadılar. Tibbi personal dərhal meydana çıxaraq təcrübəli oyunçuya yardım etdi. Nəticədə Kərəm 54-cü dəqiqədə əvəzləndi və meydanı xərəkdə tərk etdi. Bu futbolçu təcili yardım maşını ilə stadiondan birbaşa xəstəxanaya aparıldı.

Matçdan sonra hər kəsi Kərəmin durumu maraqlandırırdı. ''Fənərbaxça''dan rəsmi açıqlama verildi və futbolçunun sağlamlığının qaydasında olduğu vurğulandı. İlkin müayinələrdə başında heç bir problem aşkarlanmadı. Qeyd edildi ki, Kərəm hər ehtimala qarşı gecəni xəstəxanada keçirəcək. Bazar günü isə tomoqrafiyanın nəticələrinə əsasən onun müalicəsinə başlanılacaq.

Axşam saatlarında ''Fənərbaxça'' prezidenti Əziz Yıldırım, idarə heyətinin bəzi üzvləri, eləcə də idman direktoru Oğuz Çətin Kərəmi xəstəxanada ziyarət ediblər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul