İtaliyadan Portuqaliyaya üz tutdu

23.08.2026 10:54 5
Dünya futbolu
Alessandro Çirkati “Parma”nı tərk edib.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi “Benfika”ya keçib. Portuqaliya klubunun mətbuat xidmətinin məlumatına görə, Avstraliya yığmasının üzvü ilə 5 illik müqavilə imzlalanıb.

2022-ci ildə Avstraliyanın “Pert Qlori” klubundan “Parma”ya keçən Çirkati əsas komandada bütün turnirlərdə 96 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 22 yaşlı müdafiəçi Avstraliya yığmasının heyətində 17 oyuna çıxaraq 1 qol vurub.