İngiltərədən Portuqaliyaya yollandı

25.08.2026 18:46 144
Dünya futbolu
Nestori İrankunda İngiltərəni tərk edib.

"Football-plus.az" xəbər verir ki, “Sportinq” Avstraliya yığmasının yarımmüdafiəçisini transfer edib. “Talking Sporting” Portuqaliya klubunun bu transfer üçün 17 milyon avro ödədiyini xəbər verib. Futbolçu ilə müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.

İrankundanın sonuncu klubu “Uotford” olub. O, İngiltərə klubunda 2025/26 mövsümündə keçirdiyi 42 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.