"Qalatasaray" Fransa klubundan müdafiəçi transfer etdi

22.07.2022 10:10 513
Dünya futbolu
Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Olimpik” (Lion) klubunun müdafiəçisi Leo Dubanı transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 27 yaşlı fransız futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Qalatasaray” bu transfer üçün “Olimpik”ə 2.5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Leo Duba Fransanın “Nant” klubunun yetirməsidir. O, 2018-ci ildən “Olimpik”də oynayırdı. Müdafiəçi bu komandada ümumilikdə 129 oyuna çıxıb, 5 qola imza atıb.

Fransa yığmasının da üzvü olan futbolçu, millidə 13 oyuna çıxıb.