Daniel Starric klubsuz qalıb: o, “Pert Qlori”dən ayrılıb.
Avstraliya klubu İngiltərə millisinin sabiq oyunçusu ilə müqaviləni yeniləməyib. 32 yaşlı hücumçu “Pert Qlori”də 2021-ci ilin oktyabrından oynayırdı. O, bu komandada Avstraliya çempionatında 6 matçda meydana çıxıb və hər hansı məhsuldar fəaliyyətlə seçilməyib.
Daniel daha əvvəl “Mançester Siti”, “Çelsi”, “Bolton”, “Liverpul”, “Vest Bromviç” və “Trabzonspor”da oynayıb. Onun İngiltərə millisində 26 oyuna 8 qol vurduğunu da xatırladaq.