İtaliyadan Portuqaliyaya yollandı

9.09.2024 20:30 143
Dünya futbolu
Meksika yığmasının qapıçısı Gilyerme Oçoanın yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, 39 yaşlı futbolçu AVS-ə keçib. Bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. Tanınmış qapıçı yeni klubu ilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb. Sonuncu klubu “Salernitana” olan Oçoa AVS-ə azad agent kimi keçib.

Gilyerme 2005-ci ildən indiyədək Meksika yığmasının heyətində 150 oyuna çıxıb. O, uzunmüddətli karyerası ərzində “Ayaçço” (Fransa), “Malaqa” (İspaniya), “Qranada” (İspaniya), “Standard” (Belçika) klublarında da oynayıb.