Londondan Rio de Janeyroya üz tutdu

11.06.2025 15:21 12
Dünya futbolu
Jorjinyo klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, “Arsenal”ın təcrübəli futbolçusu “Flamenqo”ya keçib. Braziliya klubunun mətbuat xidmətinin məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi rio de janeyrolular ilə 3 illik müqavilə imzalayıb.

İtaliya yığmasının üzvü son mövsüm “Arsenal”ın heyətində meydana çıxdığı 27 matçda 1 qol vurub. O, bu kluba 2023-cü ilin yayında “Çelsi”dən keçmişdi.