“O hələ tibbi müayinədən keçməyib” – Abbas Hüseynovla bağlı növbəti müəmma

22.08.2026 17:16 141
Aktual / Ölkə futbolu
Ötən mövsüm “Qarabağ”ın əsas komandasından kənarlaşdırılan Abbas Hüseynov daha sonra əvəzedici heyətə göndərilmişdi. Amma Ağdam klubunun bu mövsüm üçün PFL-ə təqdim etdiyi iştirak ərizəsində müdafiəçinin adı yoxdu - nə əsas, nə də əvəzedici heyət oyunçusu kimi.

“Football-plus.az” Abbasın indiki durumu və harda olması ilə bağlı məlumat almaq üçün “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi Maksim Medvedevlə əlaqə saxlayıb:

“Qeyd etdiyiniz kimi Abbasın adı iştirak ərizəsində yoxdu. O hələ tibbi müayinədən keçməyib. Bir qədər nasazlığı var. Tibbi müayinədən keçməsə, onu ərizəyə sala bilmərik. Bu yaxınlarda vəziyyəti yaxşılaşsın, o zaman onun haqqında nəsə deyə biləcəyik”.

İSRAYIL XEYRULLAYEV