Müəmmalı “İmişli”: xəstə futbolçu ilə niyə müqavilə bağlayıbsız?

22.08.2026 11:31 81
Aktual / Ölkə futbolu
Yay “transfer pəncərəsi”ndə heyətinə 9 yeni futbolçu qatan “İmişli” bunlardan biri ilə vidalaşmalı olub. Belə ki, Dominqos Senqyui Hermenegildoda tibbi müayinəsi zamanı hepatit aşkarlanıb. Daha sonra müqaviləyə xitam verilib. Bu məqam futbolçunun müqavilə imzalayana qədər tibbi müayinədən keçib-keçmədiyi ilə bağlı sual yaradıb.

Futbolçu müqavilə bağlamamış tibbi müayinədən keçibsə, bəs onda niyə hepatit aşkarlanmayıb? Və ya sualı belə oyaq: Aran təmsilçisi müayinədən keçməyən futbolçu ilə necə müqavilə imzalayıb? Dominqos Senqyui Hermenegildo komanda yoldaşlarını da yoluxdurubsa, buna kim cavab verəcək?

“Football-plus.az” olaraq, məsələ ilə bağlı məlumat əldə etmək üçün “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlova müraciət etsək də, cavabı belə oldu:

“Üzürlü sayın”.

Xatırladaq ki, “İmişli” Pikas ilə “2+1” illik müqavilə imzalamışdı.

İSRAYIL XEYRULLAYEV