"Səbail" Türkiyə klubu ilə heç-heçə etdi

19.08.2026 21:30 18
Ölkə futbolu
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Səbail" növbəti yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda "Sakaryaspor"la üz-üzə gəlib. Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

Xatırladaq ki, "Səbail" daha əvvəl Şimali Kipr Respublikasının TOL komandasını 1:0 hesabı ilə məğlub edib.